Əsas Səhifə > SİYASƏT > Cərimələrdən daxil olan vəsait svetoforlarla bağlı xərclərin ödənilməsinə də yönəldiləcək

Cərimələrdən daxil olan vəsait svetoforlarla bağlı xərclərin ödənilməsinə də yönəldiləcək


24-01-2025, 10:37


“Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslərin ödədiyi cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması qaydasında dəyişiklik edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, qərarla cərimələrdən daxil olan vəsait yol hərəkətinin nizama salınmasında istifadə olunan svetoforlarla bağlı xərclərin ödənilməsinə də yönəldiləcək.


Geri qayıt