Əsas Səhifə > Maraqlı > Günün qoroskopu: 06 yanvar

Günün qoroskopu: 06 yanvar


6-01-2020, 00:09

Şəffaflıq.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - valideynlərlə, ailənin daha nüfuzlu nümayəndələri ilə ünsiyyət üçün münasib gündür. Məişət davranışı qaydaları və uşaqlıqdan mənimsənmiş mənəvi dəyərlər rəhbərlik, cəmiyyət, müttəfiqiniz və ya iş etikasının tələb etdiyi normalardan daha yaxın olacaq. Məhz bu vaxt ev və ailənin həyatınızda hansı yeri tutduğunu anlamaq imkanı əldə edəcəksiniz.
Buğa - əlverişli gün deyil. Qarşınıza qoyduğunuz hədəflərə çatmaq çətin olacaq. Hətta bu hədəflər tamamilə əhəmiyyətsiz olsalar belə. Yardım və dəstəklərinə belə bağlamağa öyrəşdiyiniz adamlarla münaqişələriniz mümkündür. Yaşlı nəslin nümayəndələri sizi başa düşmürlər, hərəkətlərinizi pisləyirlər. Təəssüf ki, həmyaşıdlarınız arasında da sizin hərəkətlərinizi bəyənənləri tapmaq olmur.
Əkizlər - gün, ilk növbədə, istirahət və qeyri-formal məşğuliyyətlər üçün münasibdir. Boğanaq ofisi tərk etmək və insan sevincinin gözəlliyini hiss etməyin əsl vaxtıdır. Təbiətdə olun, sevdiyiniz insanla ünsiyyət qurun. Əgər işsiz qala bilmirsinizsə, özünüzə qeyri-adi məşğuliyyət tapın və gündəlik praktikada tələb olunmayan istedadınızdan istifadə edin.
Xərçəng - Günün birinci yarısında əsəbilikdən uzaq olun, mübahisə və münaqişələri qızışdırmayın. Çünki indi onlar asanlıqla alovlana bilərlər. Axşam saatları səfərlər, dostluq və ya romantik xarakterli tanışlıqlar üçün münasib vaxt deyil.
Şir - bu gün istənilən məsələnin həlli davamlılıq və ardıcıllıq tələb edəcək. Artıq emosiya (qısqanclıq, şübhələnmək və ya başqasının sərvətinə qarşı paxıllıq) gördüyünüz işin keyfiyyətinə də, əhval-ruhiyyənizə də mənfi təsir edə ilər. İşlədiyiniz kollektivdəki intriqalarda iştirak etməyin və sakitcə öz işinizlə məşğul olun. Əgər utandırıcı sirriniz yoxdursa, dedi-qodulardan qorxmayın.
Qız - Bu gün kifayət qədər gərgin olacaq. Günün birinci yarısında həddindən artıq emosional olacaqsınız. Bu, baş verənləri obyektiv qiymətləndirməyə və düzgün hərəkətlərə imkan verməyəcək. Bu vaxta yeni işlər salmaq tövsiyə olunmur. Münasibətləri ayırd etməyə, qohumlar və yaxınlarınızla küsülülüklərdən qaçmağa çalışın.
Tərəzi - baş verənləri obyektiv qəbul etmək çətin olacaq. Siz xəyal və fantaziya dünyasına dala bilərsiniz. Reallıqla əlaqəni itirməməyə çalışın. Günün ikinci yarısında intuisiyanıza etibar etmək məsləhət deyil. Həmçinin, ətrafınızdakılar tərəfindən aldadılmaqdan da qorunmaq lazımdır.
Əqrəb -  bu gün münasibətlərdə əsas rolu ikinci tərəf oynayır. Bunu şəxsi keyfiyyətlərinizin qəbul edilməməsi kimi başa düşməyin. Ola bilsin, yaranmış vəziyyətdə siz yox, məhz başqa adam sizin ümumi maraqlarınızı daha effektiv şəkildə təmsil edə bilər. Küsüşmək və ya yarışa girməyin cazibəsinə yenilməyin.
Oxatan - bu gün əsasən müstəqil yaradıcılıq, müvəqqəti tənhalıq və ya qeyri-formal ünsiyyət üçün daha münasibdir, nəinki iş həyatında fəal iştirak. Siz və ətrafınızdakı insanlar təşəbbüskarlıqdan məhrumsunuz. Ona görə də, ən faydalı qərarlar da səmərəsiz arzu olaraq qala bilər. Əgər doğum gününüz ayın ortalarına təsadüf edirsə, o zaman şüurlu şəkildə sıxıntılı vəziyyətlərə düşməkdən yayınmaq lazımdır.
Oğlaq - bu gün müvəqqəti tənhalıq faydalı olacaq. Yerlə hündürlük arasındakı ziddiyyət düşünmək üçün səbəb ola bilər. Ailə həyatınızda vacib dəyişikliklərin yetişdiyini (və ya artıq baş verdiyini) və bu səbəbdən yol göstərənə və ya müttəfiqə ehtiyacınızın olduğunu müəyyən edə bilərsiniz.
Dolça - Gün ərzində müstəqilliyə can atmağınızın gücləndiyini görəcəksiniz. Özünüzü daha emosional və psixoloji cəhətdən daha azad hiss edə bilərsiniz. Gündəlik problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin.
Balıqlar - strategiya və taktikanı dəyişmək vaxtıdır. Bundan sonra yalnız zəka və kreativlik yox, həm də zəhmətsevərlik, çalışqanlıq və səliqə də sizin vizit kartınıza çevrilməlidir. Özünüzün orijinal texniki icadlarınızı həyata keçirməyə tələsməyin. Yəqin ki, eksperimentlərinizin hansı şəkil alacağını yaxşı təsəvvür edə bilmirsiniz. Amma kulinariya sənəti kimi sahələrdə sonsuzluğa qədər nəsə etməkdə sərbəstsiniz.Milli.Az

Geri qayıt