Əsas Səhifə > SİYASƏT > Dini Komitənin İctimai Şura üzvlüyünə namizədlərin adı və seçkilərin vaxtı məlum olub
Dini Komitənin İctimai Şura üzvlüyünə namizədlərin adı və seçkilərin vaxtı məlum olub22-01-2025, 12:28 |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimai Şura üzvlüyünə namizədlərin adı məlum olub. Bu barədə komitədən məlumat verilib. Bildirilib ki, Şuranın yaradılmasında məqsəd Dini Komitənin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, Komitənin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etməkdir. Beləliklə, İctimai Şura üzvlüyünə aşağıda göstərilən şəxslərin namizədlikləri qeydiyyata alınıb:
İctimai şuraya seçkilər yanvarın 31-i saat 11:00-da Komitənin iclas zalında birgə yığıncaq şəklində keçiriləcək. Seçkilərdə səsvermə hüququ əldə etmək istəyən vətəndaş cəmiyyəti institutlarından 30 yanvar tarixinədək öz təmsilçiləri (1 nəfər olmaqla) haqqında zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri və əlaqə vasitələrini ehtiva edən məlumatları, həmçinin şəxsiyyət və üzvlük vəsiqələrinin surətini) [email protected] elektron poçt ünvanına göndərməklə Seçki Komissiyasına təqdim etmələri xahiş olunur. Şəffaflıq.az Geri qayıt |