Əsas Səhifə > Hadisə > Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb
Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb22-01-2025, 10:28 |
Sosial mediada, yutub kanallarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloger-jurnalist adı altında pul tələb daha bir nəfər müəyyən edilib. Şəffaflıq.az-ın məlumatına görə, hüquqazidd hərəkətlərə məruz qalan şəxslərin müraciəti əsasında Cəlilabad rayon sakini – “Baş Kanal Media Group” adlı Yutub kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır. Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Geri qayıt |