Əsas Səhifə > Hadisə / Dünya > Sərxoş sürücü avtomobili turistlərin üzərinə sürdü: 6 nəfər ölüb, 11 nəfər yaralanıb
Sərxoş sürücü avtomobili turistlərin üzərinə sürdü: 6 nəfər ölüb, 11 nəfər yaralanıb5-01-2020, 14:39 |
İtaliyada almaniyalı turistlər qəzaya düşüb. Şəffaflıq.az bildirir ki, APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 01.15 radələrində İtaliyanın Avstriya ilə sərhədində, Vale-Aurina kommunasında baş verib. İçkili vəziyyətdə olan Boltsano əyalətinin Kyenes kommunasının 28 yaşlı sakini avtomobili 17 turistin olduğu qrupun üzərinə sürüb. Nəticədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb. Sürücü saxlanılıb. Geri qayıt |