Əsas Səhifə > Hadisə > Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb


21-01-2025, 10:21


Bakının Səbail rayonunda 19 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Şəffaflıq.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Mehdiyev Yusif Azər oğlu kiçik elektrik nəqliyyat vasitəsi (skuter - red) ilə hərəkətdə olarkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt