Əsas Səhifə > Cəmiyyət > Sabahdan azərbaycanlı zəvvarların Həcc ziyarətinə sənəd qəbulu başlayacaq.

Sabahdan azərbaycanlı zəvvarların Həcc ziyarətinə sənəd qəbulu başlayacaq.


20-01-2025, 23:53


Sabahdan azərbaycanlı zəvvarların Həcc ziyarətinə sənəd qəbulu başlayacaq.

Bu barədə  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

Sənədlərin qəbulu 21 yanvar 2025-ci ildən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Qeyd edilir ki, yerlər məhduddur. Ötən illərlə müqayisədə kvotanın az olması gözlənilir.

Azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir.

Şəffaflıq.az 


Geri qayıt