Əsas Səhifə > XARİCİ XƏBƏR > Kobaxidze: Regionda əməkdaşlığımız sülh və sabitliyin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir
Kobaxidze: Regionda əməkdaşlığımız sülh və sabitliyin qorunması üçün xüsusi əhəmiyyət kəsb edirDünən, 15:33 |
Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və ölkələr ikitərəfli əməkdaşlığı dərinləşdirməlidir. “Report”un müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib. "Regionda ölkələrimiz arasında əməkdaşlıq sülh və sabitliyin qorunmasında xüsusi əhəmiyyət kəsb edir. Biz bir-birimizin suverenliyini dəstəkləməyə davam edirik. Görüşdə region və dünyada cərəyan edən və mövqelərimizə təsir göstərən siyasi prosesləri müzakirə etdik, biz bütün çağırışların öhdəsindən birlikdə gəlməliyik", - Kobaxidze qeyd edib. Baş nazirin sözlərinə görə, Gürcüstanın strateji tərəfdaşı olan Azərbaycanla münasibətlərin dərinləşdirilməsi prioritet təşkil edir. "Biz həmçinin üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına dəstək verməyə hazırıq", - o əlavə edib. Kobaxidze bildirib ki, Azərbaycan Prezidenti ilə görüşdə ikitərəfli gündəliyə aid məsələlər, regional vəziyyət və qlobal məsələlər müzakirə olunub. "Əlbəttə ki, bütün bu proseslər regionumuza təsir göstərir", - deyən baş nazir Cənubi Qafqazda sülh və sabitliyin birgə səylərlə qorunmasına hazır olduqlarını qeyd edib. Şəffaflıq.az Geri qayıt |