Əsas Səhifə > XARİCİ XƏBƏR > İsrail HƏMAS-ı razılaşmanı pozmaqda ittiham edib
İsrail HƏMAS-ı razılaşmanı pozmaqda ittiham edibBu gün, 14:04 |
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Fələstinin HƏMAS hərəkatını sazişin vasitəçilərlə razılaşdırılmış bir sıra bəndlərindən imtina etməkdə günahlandırıb. Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ofisin mətbuat xidməti məlumat yayıb. "HƏMAS son anda böhran yaradaraq razılaşmalardan imtina edir", - məlumatda deyilir. HƏMAS isə Qəzza zolağında atəşkəs razılaşmasına sadiq olduğunu bəyan edib. Dəftərxanadan həmçinin qeyd edilib ki, HƏMAS razılaşmanın bütün şərtlərini təsdiq etməyənə qədər İsrail Qəzza zolağına dair sazişlə bağlı Nazirlər Kabinetinin iclasının tarixini təyin etməyəcək. Hərəkatın Siyasi Bürosunun üzvü İzzət əl-Rişk isə bildirib ki, HƏMAS vasitəçilərin elan etdiyi atəşkəs razılaşmasına sadiqdir. Geri qayıt |