Əsas Səhifə > Hadisə > Hacıqabulda istirahət mərkəzində yanğın olub.
Hacıqabulda istirahət mərkəzində yanğın olub.16-01-2025, 13:49 |
Hacıqabulda istirahət mərkəzində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, rayonunun Pirsaat qəsəbəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 300 m² olan anbarın qamışdan ibarət tavanı, dam örtüyünün taxta atmaları və içərisində olan əşyalar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Şəffaflıq.az Geri qayıt |