Əsas Səhifə > Hadisə > Kəmaləddin Heydərov Xızıda vətəndaşları qəbul edəcək
Kəmaləddin Heydərov Xızıda vətəndaşları qəbul edəcəkDünən, 15:25 |
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yanvarın 17-də Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Xızı və Siyəzən rayonları sakinlərinin qəbulu keçiriləcək. FHN-dən "Report"a verilən xəbərə görə, qəbula gələn vətəndaşların qeydiyyatı 16 yanvar 2025-ci il tarixdə Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Geri qayıt |