Əsas Səhifə > HƏRBİ > Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir
Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edirDünən, 14:17 |
Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 15 yanvar 2025-ci il tarixdən 15 fevral 2025-ci il tarixədək Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzidə fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Əlahiddə Ümumqoşun Ordunun müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır. Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir. Namizədlər qəbul komissiyasına müraciət edərkən ilkin olaraq aşağıdakı sənədləri təqdim etməlidir: Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Naxçıvan Muxtar Respublikası Naxçıvan șəhəri, 1 nömrəli hərbi şəhərcik (Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzi). Müraciət etmə vaxtı: Qeyd olunmuş tarixlərdə saat 09:00-dan 17:00-dək (șənbə və bazar günləri istisna olmaqla) Şəffaflıq.az Geri qayıt |