Əsas Səhifə > İdman > Bu gün Azərbaycan Basketbol Liqasında IX turdan təxirə salınmış daha iki oyun keçiriləcək.
Bu gün Azərbaycan Basketbol Liqasında IX turdan təxirə salınmış daha iki oyun keçiriləcək.15-01-2025, 10:25 |
Bu gün Azərbaycan Basketbol Liqasında IX turdan təxirə salınmış daha iki oyun keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, hər iki qarşılaşma B qrupunda baş tutacaq. "Şəki" evdə "Gəncə"ni qəbul edəcək. Şəki Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 14:00-da başlayacaq. "Gəncə" qrupda ikinci, "Şəki" isə üçüncü pillədə qərarlaşıb. Hər iki komandanın 16 xalı var. Turun son matçı Sumqayıt Olimpiya İdman Kompleksində "Sumqayıt"la "Quba" arasında keçiriləcək. Qarşılaşmanın start fiti saat 19:00-da səsləndiriləcək. "Quba" 12 xalla dördüncüdür. 11 xala malik "Sumqayıt" isə sonuncu - 6-cı pillədə qərarlaşıb. Qeyd edək ki, dünən A qrupunun təxirə salınmış "Naxçıvan" - "Abşeron" matçı Naxçıvan təmsilçisinin 102:82 hesablı qələbəsi ilə yekunlaşıb. IX turun oyunları dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı. Geri qayıt |