Əsas Səhifə > XARİCİ XƏBƏR > Almaniya Ukraynaya IRIS-T hava hücumundan müdafiə sistemləri üçün 50-yə yaxın raket verəcək

Almaniya Ukraynaya IRIS-T hava hücumundan müdafiə sistemləri üçün 50-yə yaxın raket verəcək


Dünən, 22:58


Bu il Almaniya Ukraynaya daha altı IRIS-T hava hücumundan müdafiə sistemi və onlar üçün 50-yə yaxın idarə olunan raket verəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

"Artıq vəd edilmiş IRIS-T sistemləri 2025-ci ildə təhvil veriləcək. Yenilik: Almaniya IRIS-T sistemlərini üçün, demək olar ki, 50 idarə olunan raketlə təmin edəcək", – departamentdən bildiriblər.

Qeyd edək ki, Almaniya Ukraynanın ABŞ-dən sonra ikinci ən böyük silah tədarükçüsüdür. Almaniya indiyədək Kiyevə hərbi dəstək üçün vəsait ayırıb və təxminən 28 milyard avro məbləğində gələcək xərcləri öhdəsinə götürüb. 2025-ci il büdcə razılaşmasına əsasən, Almaniya Ukraynaya hərbi dəstək üçün təxminən 4 milyard avro ayırmalıdır. Bu, 2024-cü illə müqayisədə iki dəfə çoxdur. Lakin Bundestaq hələ büdcəni təsdiqləməyib.


Geri qayıt