Əsas Səhifə > İnfrastruktur > ARDNF ötən il “Şahdəniz” yatağının işlənməsindən gəlirlərini açıqlayıb

ARDNF ötən il “Şahdəniz” yatağının işlənməsindən gəlirlərini açıqlayıb


Dünən, 13:59


Ötən il Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 442,085 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə  Fonddan məlumat verilib.

Bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 865,915 milyon ABŞ dolları və ya 2,96 dəfə azdır.

Ötən il Fonda daxil olan vəsaitlərin 132,482 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 191,914 milyon ABŞ dolları və ya 2,45 dəfə azdır.

2023-cü ildə ARDNF-in “Şahdəniz” yatağı üzrə işlənmədən əldə etdiyi gəlir 1 milyard 308 milyon ABŞ dolları təşkil edib. Bu yataqdan çıxarılan kondensatın satışından isə 324,396 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (%).

Şəffaflıq.az


Geri qayıt