Əsas Səhifə > XARİCİ XƏBƏR > Kamerunda silahlıların hücumu nəticəsində 5 hərbçi həlak olub
Kamerunda silahlıların hücumu nəticəsində 5 hərbçi həlak olub4-01-2025, 21:11 |
Kamerunun cənub-qərbində fulani icmasından olan silahlı qrupun hücumu nəticəsində bu ölkənin 5 hərbçisi ölüb, daha 3 nəfər itkin düşmüş hesab edilir. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Alwihda" xəbər portalı məlumat yayıb. Məlumata görə, silahlılar Akvaya şəhəri yaxınlığındakı hərbçilərin postuna hücum edib. Hücumun səbəbi hələlik müəyyən edilməyib. Qeyd edək ki, fulani icması ilə fermerlər arasında toqquşmalar tez-tez baş verir. Qarşıdurmanın mərkəzində torpaq hüquqları və su ehtiyatlarına çıxışla bağlı mübahisələr dayanır. Kamerun hakimiyyəti icmalar arasında gərginliyin yarandığı bölgələrə ordu hissələri göndərir. Geri qayıt |