Əsas Səhifə > REGİON > Gürcüstan Prezidenti yeni qanun imzaladı

Gürcüstan Prezidenti yeni qanun imzaladı


30-12-2024, 09:00


Gürcüstan Prezidenti Mixeil Kavelaşvili inauqurasiya günü, dekabrın 29-da etiraz aksiyalarında maska taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb.

 Şəffaflıq.az xəbər verir ki, sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.

Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi "Yığıncaqlar və nümayişlər haqqında" qanuna edilən dəyişikliklərə əsasən, "üzü maska və ya digər vasitələrlə gizlətmək" qadağandır.

Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının və müşahidə kameralarına qarşı istifadə etdiyi pirotexniki vasitələr və lazerlər də daxil edilib.Qanun dərc edildikdən sonra qüvvəyə minib. /APA 


Geri qayıt