Əsas Səhifə > ELM VƏ TƏHSİL > Gələn il 24 təhsil müəssisəsinin təmiri yekunlaşacaq
Gələn il 24 təhsil müəssisəsinin təmiri yekunlaşacaq28-12-2024, 12:59 |
Gələn il 24 təhsil müəssisəsinin təmir-tikintisinin yekunlaşması planlaşdırılır. Şəffaflıq.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin ilin yekunları ilə bağlı yaydığı məlumatda qeyd olunub. Layihələndirilməsi aparılan 33 təhsil müəssisəsinin (3 peşə, 30 ümumi təhsil müəssisəsi) təmir-tikintisinə başlanılması planlaşdırılır. Cari ildə 57 təhsil müəssisəsində (3 peşə, 5 məktəbdənkənar, 1 uşaq bağçası, 48 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılıb. Bu müəssisələrdən 46-sı yeni tikilidir və ya yeni korpus tikilib, 11-i isə əsaslı təmir olunub. Həmçinin 234 müraciət əsasında 70 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri yekunlaşıb, 100 müəssisədə işlər davam edir, 64 müəssisədə isə işlərin başlanılması üçün hazırlıq gedir. Geri qayıt |