Əsas Səhifə > SİYASƏT > “ASAN xidmət” və “ASAN kommunal”ın bayram günlərində iş qrafiki açıqlanıb
“ASAN xidmət” və “ASAN kommunal”ın bayram günlərində iş qrafiki açıqlanıb28-12-2024, 09:25 |
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 30-dan yanvarın 3-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. "Report" xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd edilib ki, yanvarın 4-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. Geri qayıt |