Əsas Səhifə > MILLI MƏCLİS > MM ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələri son oxunuşda təsdiqləyib
MM ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələri son oxunuşda təsdiqləyibDünən, 13:30 |
Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə müəyyən edilən cərimələr son oxunuşda təsdiqlənib. "Report" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni maddə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Maddəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə 150 manat məbləğində cərimə ediləcək. Həmçinin, buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə 200 manat məbləğində cərimə ediləcək. Layihə səs qoyularaq üçüncü oxunuşda qəbul olunub. Geri qayıt |