Əsas Səhifə > Hadisə > Gəncədə oğul anasını bıçaqladı

Gəncədə oğul anasını bıçaqladı


31-12-2019, 20:52
 Gəncədə bıçaqlanma olub. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin “Bağmanlar" adlanan ərazidə qeydə alınıb.
Şəhər sakini 1960-cı il  təvəllüdlü Qurbanova Sucayyət bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, qadını ruhi xəstə olduğu bildirilən oğlu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Geri qayıt