Əsas Səhifə > İnfrastruktur > AZAL Rusiya istiqamətində həyata keçirilən uçuşlarla bağlı qərar qəbul edəcək

AZAL Rusiya istiqamətində həyata keçirilən uçuşlarla bağlı qərar qəbul edəcək


Dünən, 12:51


“Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiya istiqamətinə həyata keçirilən uçuşlarla bağlı qərar qəbul edəcək.

Şəffaflıq.az bu barədə AZAL-a istinadən xəbər verir.

“Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb. Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.


Geri qayıt