Əsas Səhifə > SİYASƏT > Matəmə görə paytaxtda yarıya endirilən bayraqlar
Matəmə görə paytaxtda yarıya endirilən bayraqlarDünən, 09:55 |
Bu gün matəmlə əlaqədar ölkə ərazisində bayraqlar yarıya qədər endirilib. “Report” xəbər verir ki, dekabrın 25-də Bakı-Qroznı aviareysini həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və çoxsaylı insan itkisindən sonra Prezidenti İlham Əliyev ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb. Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Hadisədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Eləcə də təyyarə qəzasının səbəblərini yerində araşdırmaq üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini və digər şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Aktauya yola düşüb. Geri qayıt |