Əsas Səhifə > SİYASƏT > İlham Əliyevin tapşırığı ilə dövlət rəsmiləri Aktaudakı təyyarə qəzasını araşdırmağa gedib
İlham Əliyevin tapşırığı ilə dövlət rəsmiləri Aktaudakı təyyarə qəzasını araşdırmağa gedibDünən, 13:30 |
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bir sıra dövlət rəsmiləri Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğraması səbəblərini araşdırmaq üçün Qazaxıstana yola düşüblər. Şəffaflıq.az-ın məlumatına görə, hadisəni yerində araşdırmaq üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər. Geri qayıt |