Əsas Səhifə > İnfrastruktur > Azərbaycanda su ehtiyatları ilə bağlı gələn il üçün planlar müzakirə olunub
Azərbaycanda su ehtiyatları ilə bağlı gələn il üçün planlar müzakirə olunubDünən, 13:46 |
Azərbaycanda yaz və yay aylarında havaların qeyri-sabit keçməsinə baxmayaraq, həyata keçirilən tədbirlər nəticəsində su anbarlarında kifayət qədər ehtiyat toplanılb və əhalinin içməli su ilə təchizatı, eləcə də əkin sahələrinin suvarılması sahəsində ciddi problemlər yoxdur. Şəffaflıq.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Zakir Quliyev onun rəhbərliyi ilə tabeli qurumlarla keçirilən videokonfrans zamanı deyib. Konfransda 2024-cü ilin yekunları və gələn il üçün qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Tədbir zamanı tabeliyindəki təşkilatların rəhbərlərinin hesabatları dinlənilib. Z.Quliyev, ilin başa çatmasına az qaldığını vurğulayaraq 2025-ci il üçün planlaşdırılmış tədbirlərin vaxtında icrasının vacibliyini bildirib. İdarə Heyəti sədrinin müavinləri və şöbə müdirləri görülən işlər, mövcud problemlər və onların həlli yolları barədə məlumat veriblər. Növbəti il üçün qarşıda duran vəzifələr yerli istismar idarələri ilə birgə müzakirə edilib. Geri qayıt |