Əsas Səhifə > SİYASƏT > Azərbaycan Sverdlovskla ticarət, investisiya əlaqələrini möhkəmləndirir

Azərbaycan Sverdlovskla ticarət, investisiya əlaqələrini möhkəmləndirir


Dünən, 13:33


Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və bu ölkənin Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev 2025-ci il üçün qarşılıqlı səfərlər planını müzakirə ediblər.

Bu barədə Şəffaflıq.az Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliyinə istinadən xəbər verir.

Yekaterinburqda keçirilən görüşdə tərəflər ticari-investisiya sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, Azərbaycan və Sverdlovsk vilayətinin şəhərləri arasında qardaşlaşma əlaqələrinin inkişafı məsələlərini müzakirə ediblər.

"Biznes missiyalarının qarşılıqlı səfərlərinin təşkilinə xüsusi diqqət yetirilib", - səfirlikdən vurğulanıb.


Geri qayıt