Əsas Səhifə > SİYASƏT > Ceyhun Bayramov Belqradda Serbiya Prezidenti ilə görüşəcək

Ceyhun Bayramov Belqradda Serbiya Prezidenti ilə görüşəcək


Bu gün, 10:58


Serbiya Prezidenti Aleksandr Vuçiç dekabrın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirəcək.

Bu barədə Şəffaflıq.az Serbiya dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüş yerli vaxtla saat 11:30-da Serbiya Prezidentinin Baş Katibliyi binasında keçiriləcək.

Səfər çərçivəsində C.Bayramovun Serbiya səfirlərinin konfransında çıxışı, həmçinin xarici işlər naziri (XİN) Marko Curiç və digər yüksək vəzifəli rəsmilərlə görüşləri nəzərdə tutulub.

İkigünlük konfrans zamanı iştirakçılar dünyada cari geosiyasi vəziyyəti, Serbiyanın Avropa inteqrasiyası prosesini, regional problemləri və digər mövzuları müzakirə edəcəklər.

Konfransı Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç, Azərbaycan və Serbiyanın XİN başçılarının açacağı gözlənilir.

Konfrans çərçivəsində Serbiyanın Avropa inteqrasiyası naziri Tanya Mişçeviçin çıxış edəcəyi "Avropa inteqrasiyası məsələləri" mövzusunda panel müzakirəsi nəzərdə tutulub. Səfirlər konfransının birinci gününü Serbiya Baş naziri Miloş Vuçeviç bağlayacaq.


Geri qayıt