Əsas Səhifə > REGİON > Türkiyədə helikopterin xəstəxana binasına çırpılması nəticəsində dörd nəfər ölüb.

Türkiyədə helikopterin xəstəxana binasına çırpılması nəticəsində dörd nəfər ölüb.


Dünən, 15:15


Türkiyədə helikopterin xəstəxana binasına çırpılması nəticəsində dörd nəfər ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, helikopter Səhiyyə Nazirliyinin tabeliyindədir. Həlak olanlardan ikisi pilot, biri həkim, digəri isə tibb müəssisəsinin işçisi olub.

Xəsarət alanlar barədə məlumat yoxdur.


Geri qayıt