Əsas Səhifə > ELM VƏ TƏHSİL > Azərbaycan səfiri Rumıniyanın beyin mərkəzinin rəhbəri ilə regiondakı prosesləri müzakirə edib
Azərbaycan səfiri Rumıniyanın beyin mərkəzinin rəhbəri ilə regiondakı prosesləri müzakirə edib19-12-2024, 00:00 |
Azərbaycanın Buxarestdəki səfiri Qüdsi Osmanov Rumıniyanın Yeni Strategiya Mərkəzinin baş direktoru Corce Skutaru ilə iki ölkənin araşdırma mərkəzləri arasında əməkdaşlığı müzakirə edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə səfir “Səfirlikdə rumıniyalı dostum – Yeni Strategiya Mərkəzinin baş direktoru Corce Skutarunu qəbul etməkdən məmnunluq duydum və regiondakı prosesləri, həmçinin Azərbaycan və Rumıniya tədqiqat mərkəzləri və akademik dairələri arasında əməkdaşlığı müzakirə etdik”, – paylaşımda qeyd olunub. Geri qayıt |