Əsas Səhifə > REGİON > Mariya Zaxarova: Ermənistan Rusiya vətəndaşının ölkəyə girişinə qoyulan qadağa ilə bağlı izahat verməlidir

Mariya Zaxarova: Ermənistan Rusiya vətəndaşının ölkəyə girişinə qoyulan qadağa ilə bağlı izahat verməlidir


Bu gün, 13:57


Moskva Rusiya vətəndaşı Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulmasını "tamamilə qeyri-dost addım" kimi qiymətləndirir.

Şəffaflıq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə “NEWS.ru”nun sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, Rusiya həmçinin Ermənistan hakimiyyətindən bu məsələ ilə bağlı izahat tələb edir.

"Bu, ikitərəfli münasibətlərin müttəfiqlik statusuna ziddir. Biz dərhal ikitərəfli diplomatik kanallar vasitəsilə İrəvana müraciət edərək izahat istədik. Biz əvvəllər də erməni tərəfdaşlarımızı hansısa səbəblərdən Ermənistan hakimiyyətini qane etməyən Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması kimi çirkin təcrübəyə son qoymağa çağırmışıq", - deyə M.Zaxarova bildirib.

Diplomatın sözlərinə görə, ölkə hokumətinin daim demokratiya və fikir plüralizminə sadiq olduğunu bəyan etməsini nəzərə alsaq, İrəvanın bu cür münasibəti qəribədir.


Geri qayıt