Əsas Səhifə > Hadisə > Xaçmazda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb

Xaçmazda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb


Bu gün, 09:58


Xaçmaz şəhərində 30 yaşlı kişi dəm qazından zəhərlənib.

Şəffaflıq.az xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Əliyarov Roman Rüstəm oğlu yaşadığı evin hamamında çimərkən su qızdırıcısının buraxdığı dəm qazından zəhərlənərək ölüb.

Araşdırma aparılır.


Geri qayıt