Əsas Səhifə > REGİON > ABŞ Gürcüstana əlavə sanksiyalar tətbiq edəcək
ABŞ Gürcüstana əlavə sanksiyalar tətbiq edəcəkDünən, 10:17 |
ABŞ yaxın həftələrdə Gürcüstana əlavə sanksiyalar tətbiq etmək niyyətindədir. Şəffaflıq.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib. O xatırladıb ki, ötən həftə ABŞ administrasiyası Gürcüstanda yüksək rütbəli məmurlar və qanunvericilər də daxil olmaqla 20-yə yaxın şəxsə viza məhdudiyyəti tətbiq edib. "Yaxın həftələrdə görməyə hazır olduğumuz başqa tədbirlər də davam edəcək", - Miller bildirib. Xatırlaqaq ki, noyabrın 30-da Dövlət Departamenti ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığını dayandırdığını bəyan edib. Bu, noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəliyə daxil etməmək qərarından sonra baş verib. Geri qayıt |