Əsas Səhifə > Dünya > İndoneziya sahillərində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
İndoneziya sahillərində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.16-12-2024, 10:11 |
İndoneziya sahillərində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri təxminən 840 min sakinin yaşadığı Padanq şəhərindən 69 km cənub-qərbdə, ocağı 62 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. Geri qayıt |