Əsas Səhifə > Cəmiyyət > Həzi Aslanovun 110 illiyi qeyd ediləcək
Həzi Aslanovun 110 illiyi qeyd ediləcək29-12-2019, 23:12 |
![]() Qeyd edək ki, 2020-ci ilin yanvar ayında görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illiyi tamam olur. Bəşəriyyətin yaddaşına ən dağıdıcı müharibə kimi yazılmış İkinci Dünya müharibəsi zamanı faşizm əleyhinə mübarizə aparılmasında və insanlığın qorxunc nasizm təhlükəsindən xilas edilməsində Azərbaycan xalqının da böyük xidmətləri vardır. 1941–1945-ci illərdə Azərbaycanın altı yüz mindən artıq övladı müharibəyə yollanaraq müxtəlif cəbhələrdə vuruşmuş, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirib və hərb salnaməsində yeni parlaq səhifələr açıb. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.
Geri qayıt |