Əsas Səhifə > XARİCİ XƏBƏR > Londonda kirayə haqlarının artırılmasına qarşı aksiya keçirilib

Londonda kirayə haqlarının artırılmasına qarşı aksiya keçirilib


15-12-2024, 11:53


İngiltərənin paytaxtı Londonda İcarədarlar Birliyinin təşkilatçılığı ilə evlərin kirayəsinin artımına qarşı aksiya keçirilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Guardian” qəzeti yazıb.

"Şənbə günü nümayişçilər paytaxtda sürətlə artan kirayələrə etiraz etmək üçün Londonda toplaşıblar", - məlumatda bildirilir.

Məlumata görə, aksiyada 500-ə yaxın insan iştirak edib. Etirazçılardan biri qəzetə bildirib ki, Londonun cənub-şərqində mənzil kirayəsi pandemiyadan bu günədək 40 % artıb.


Geri qayıt