Əsas Səhifə > İnfrastruktur > AYNA: Bu il şəhərlərarası və şəhərdaxili daşımalar üçün 27 yeni avtobus istifadəyə verilib

AYNA: Bu il şəhərlərarası və şəhərdaxili daşımalar üçün 27 yeni avtobus istifadəyə verilib


13-12-2024, 18:34


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu ilin 11 ayında paytaxtdan Bərdə, Tərtər, Gəncə, Mingəçevir, Zaqatala və Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) istiqamətlərində yeni müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verib.

Şəffaflıq.az xəbər verir ki, artıq bu istiqamətlərdə səfərlər 2015-2024-cü illər istehsalı olan 27 yeni avtobusla həyata keçirilir.

Bununla bağlı AYNA bu il 226 lot üzrə müsabiqənin keçirilməsi barədə elan verib.

“2023-cü və 2024-cü illərdə şəhərdaxili daşımalara ümumilikdə 284 müasir avtobus cəlb olunub”, - məlumatda deyilir.


Geri qayıt