Əsas Səhifə > Hadisə > Bakıda şirkətdən 15 min manatdan artıq mənimsəmə olub
Bakıda şirkətdən 15 min manatdan artıq mənimsəmə olub13-12-2024, 11:27 |
Bakıda şirkətdən 15 min manatdan artıq mənimsəmə olub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şirkətlərin birindən pul mənimsənilməsi barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət daxil olub. Bu əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə ekspeditor işləyən 36 yaşlı C.Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |