Əsas Səhifə > ELM VƏ TƏHSİL / MANŞET > ADPU-nun Şamaxı filialında “Tarixdə İz Qoyan Lider: Heydər Əliyev“ adlı tədbir keçirildi.
ADPU-nun Şamaxı filialında “Tarixdə İz Qoyan Lider: Heydər Əliyev“ adlı tədbir keçirildi.13-12-2024, 01:32 |
ADPU-nun Şamaxı filialında Sosial və xüsusi fənlər kafedrası və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Tarixdə İz Qoyan Lider: Heydər Əliyev“ mövzusunda tədbir keçirildi. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, ardınca Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu. ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil etmişdir. Cənab Prezident İlham Əliyevin dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə ölkəmizin müstəqilliyi daha möhkəmləndirildi. Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir.Eyni zamanda Cənubi Qafqazın lideri statusunu daşıyır. Tam müstəqil siyasət yürütməsi də respublikamızın beynəlxalq imicinə müsbət təsir edən əsas amillərdəndir. Ən əsası da odur ki, indi Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Sonra “Sosial və xüsusi fənlər kafedrasının dosenti, t.ü.f.d. Sübhan Talıblı çıxışında qeyd etdi ki, “Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan diplomatiyası” adlı geniş məruzə etdi. Dos. S.Talıblı elmi məruzəsində bildirdi ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanın xarici siyasətinin əsas prinsip və istiqamətləri, xarici siyasət strategiyası, diplomatiyası əsaslı şəkildə formalaşdırılmışdır. Heydər Əliyev prezidentliyi dövründə xarici siyasətin əsas hədəfi kimi strategiyası müstəqil Azərbaycanın dövlətçilyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyinin təminatı, Azərbaycanın beynəlxalq və regional təşkilatlarda təmsil olunması, Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, ərazi bütövlüyünün bərpası və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi olmuşdur. Azərbaycan Respublikasının milli mənafe və maraqlarına xidmət edən xarici siyasət kursunun işlənib hazırlanması və gerçəkləşdirilməsi bütövlükdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ardınca Tarix və coğrafiya müəllimliyi ixtisasının III tədris ili tələbəsi, TEC sədr müavini Fidan Qafarova – “Ulu Öndər Heydər Əliyevin təhsil strategiyası və Azərbaycan gəncliyi“, Riyaziyyat və informatika müəllimliyi ixtisasının III tədris ili tələbəsi Quliyeva Səbinə – “Ulu Öndər Heydər Əliyev irsində milli idaloji dəyərlər“, Riyaziyyat və informatika müəllimliyi ixtisasının I tədris ili tələbəsi Kərimova Aysun – “Ulu Öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin banisidir” mövzusunda ətraflı çıxış etdilər. Sonda tələbələrin ifasında Ulu Öndərə həsr olunmuş bədii parçalar səsləndirildi. Şəffaflıq.az Geri qayıt |