Əsas Səhifə > MANŞET / KARUSEL / Gündəm / SİYASƏT / SOSİAL MÜDAFİƏ / İqtisadiyyat / Hadisə / Şou-biznes / İdman / Dünya / Müsahibə / DİGƏR ÖLKƏLƏR / Redaktor seçimi / Maraqlı > İordaniya İsraildən torpaq tələb etdi
İordaniya İsraildən torpaq tələb etdi22-10-2018, 22:28 |
İordaniya hökuməti İsraillə 1994-cü ildə imzalanan sazişin bəzi müddəalarını uzatmaq niyyətində deyil. Oxu.Az xəbər verir ki, artıq bu haqda qarşı tərəf məlumatlandırılıb. Söhbət 25 il əvvəl İordaniya tərəfindən İsrailə icarəyə verilən iki torpaq sahəsindən gedir. Məsələ ilə bağlı açıqlama verən İordaniya kralı II Abdulla bildirib ki, Əl-Bakur və Əl-Qumar əraziləri İordaniyaya məxsusdur və bu, həmişə belə olacaq. İki dövlət arasında imzalanan müqavilə ilə İsrail tərəfinin həmin ərazilərdən istifadəsini tənzimləyən xüsusi rejim yaradılmışdı. Sənədin müddəti gələn il bitir. Müqaviləyə əsasən, İordaniya bir il qalmış razılaşmanın uzadılıb-uzadılmayacağı barədə İsraili məlumatlandırmalıdır. Geri qayıt |