Əsas Səhifə > İnfrastruktur > Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60 %-i tamamlanıb

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60 %-i tamamlanıb


12-12-2024, 15:22


"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60 %-ni tamamlayıb.

"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

"Yol üzərindəki tunellərin biri artıq tam hazırdır, ikinci tuneldə isə qazıntı işləri aparılıb. Yəni, Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir", - o vurğulayıb.

Bundan başqa, sədrin sözlərinə görə, Bərdə-Ağdam dəmir yolu xəttinin də inşası artıq tamamlanıb: "Hazırda Ağdam avtovağzalı və dəmir yolu vağzalı kompleksinin inşasının ikinci mərhələsi həyata keçirilir. Növbəti aylara qədər kompleksin tamamlanması gözlənilir".


Geri qayıt