Əsas Səhifə > Hadisə > Sumqayıtda avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb
Sumqayıtda avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb12-12-2024, 11:36 |
Sumqayıt şəhərinda avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə dekabrın 4-də şəhərin Sülh prospeketində qeydə alınıb. 1994-cü il təvəllüdlü Ruslan Ağayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolu keçən piyada,1942-ci il təvəllüdlü Şöhrət Eyvazovanı vurub. Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Aparılan müdaxilələrə baxmayaraq, o dekabrın 12-də müalicə aldığı xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |