Əsas Səhifə > SAĞLAMLIQ > Nazir: Saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılır
Nazir: Saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılır12-12-2024, 11:34 |
Səhiyyə Nazirliyində saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılır. "Report" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Nazir xatırladıb ki, bir ildən artıqdır saxta həkimlərlə bağlı nazirlikdə İşçi qrupu yaradılıb: “Saxta həkimlər tibbi təhsili olmadan sosial media vasitəsilə vətəndaşları müəlicəyə cəlb edirlər. Bununla əlaqədar hüququ qiymətləndirmə üçün Baş Prokurorluğa müraciət ünvanlanıb. Təbii ki, yekunda iki qurum bu istiqamətdə tədbirlər planı hazırlayıb”. Geri qayıt |