Əsas Səhifə > SİYASƏT > Hikmət Hacıyev NATO nümayəndələrini Azərbaycanın xarici və təhlükəsizlik siyasəti barədə məlumatlandırıb
Hikmət Hacıyev NATO nümayəndələrini Azərbaycanın xarici və təhlükəsizlik siyasəti barədə məlumatlandırıb12-12-2024, 10:18 |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndə heyətininin iştirak etdiyi tədbirdə Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışıb. "Report" xəbər verir ki, PA rəsmisi bu barədə "X" hesabında paylaşım edib. "NATO Müdafiə Kollecinin nümayəndə heyətini Bakıda ADA Universitetində görməkdən və Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışmaqdan məmnunam", -deyə o, paylaşımda qeyd edib. Geri qayıt |