Əsas Səhifə > SAĞLAMLIQ > Vüqar Həşimovun partlayışda xəsarət alan atasının vəziyyəti ağır-stabil olaraq qalır
Vüqar Həşimovun partlayışda xəsarət alan atasının vəziyyəti ağır-stabil olaraq qalır10-12-2024, 11:57 |
Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan mərhum şahmatçı Vüqar Həşimovun atası 1949-cu il təvəllüdlü Qasım Həşimovun müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Qeyd olunub ki, hazırda həmin şəxsin vəziyyəti ağır-stabil olaraq qalır. Məlumat üçün bildirək ki, hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb. Onun müalicəsi isə özəl klinikada davam edir. Şəffaflıq.az Geri qayıt |