Əsas Səhifə > REGİON > Ərdoğan: Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur
Ərdoğan: Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur9-12-2024, 22:24 |
“Türkiyənin sərhəddən kənar əməliyyatlarının yeganə məqsədi öz təhlükəsizliyini təmin etməkdir”. Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib. O bildirib ki, Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur. Ərdoğan, həmçinin Suriyadakı vəziyyət barədə də danışıb. Prezident qeyd edib ki, rəsmi Ankara Suriyada sabitliyin bərpasında maraqlıdır: “Türkiyə dünən olduğu kimi, bu gün də Suriya xalqının yanındadır. Suriyanın ərazi bütövlüyü mütləq qorunmalıdır. Dünəndən etibarən Suriyada qaranlıq dövr keçmişdə qalıb, aydınlıq dövr başlayıb”. Geri qayıt |