Əsas Səhifə > MALİYYƏ > Azərbaycan Mərkəzi Bankının sədrinə I müavin və dörd müavin təyin edilib
Azərbaycan Mərkəzi Bankının sədrinə I müavin və dörd müavin təyin edilib6-12-2024, 10:43 |
Prezident İlham Əliyev Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinə I müavin və dörd müavin təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb. "Report" xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, indiyə qədər sədr müavini olan Əliyar Qəhrəman oğlu Məmmədyarov sədrin I müavini təyin edilib. Bundan başqa, Milli Məclisin noyabrın 7-də AMB-nin İdarə Heyətinin üzvləri kimi təsdiqlədiyi Vüsal Cahangir oğlu Xəlilov, Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyev və Gülər Azər qızı Paşayeva AMB sədrinin müavinləri təyin olunub. Geri qayıt |