Əsas Səhifə > REGİON > Rusiya Polşanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır
Rusiya Polşanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır6-12-2024, 10:34 |
Rusiya Xarici İşlər Nazirliyi Polşanın Sankt-Peterburqda Baş Konsulluğunun bağlanacağını elan edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Qeyd olunub ki, bu tədbir Polşanın Poznan şəhərindəki Rusiya konsulluğunun bağlanmasına cavab olaraq görülüb. "Dekabrın 5-də Rusiya XİN Polşa tərəfinə nota təqdim edib. Bildirilib ki, Polşa hakimiyyətinin noyabrın 30-da Poznandakı Rusiya Baş Konsulluğunu bağlamasına cavab olaraq Rusiya tərəfi 2025-ci il yanvarın 10-dan Sankt-Peterburqdakı Polşa Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürür", - məlumatda vurğulanıb. Geri qayıt |