Əsas Səhifə > Hadisə > Hacıqabulda bədbəxt hadisə - Yeniyetmə ağır xəsarət alıb.

Hacıqabulda bədbəxt hadisə - Yeniyetmə ağır xəsarət alıb.


27-12-2019, 23:26
 Hacıqabul rayonunda yeniyetmə ağır xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə Abdulabad kəndində qeydə alınıb.
Kənd sakini, 2005-ci il təvəllüdlü Nağıyev Qadir Ramil oğlu velosiped sürərkən qəflətən yıxılıb. Nəticədə o, kəllə-beyn travması alıb. Yeniyetmə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Geri qayıt