Əsas Səhifə > SİYASƏT > Pərviz Şahbazov Lənkəranda vətəndaşları qəbul edəcək
Pərviz Şahbazov Lənkəranda vətəndaşları qəbul edəcək5-12-2024, 14:49 |
|
Dekabrın 13-də energetika naziri Pərviz Şahbazov Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək. "Report" nazirliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Lənkəran şəhər Mədəniyyət Mərkəzində (ünvan: Akademik Zərifə Əliyeva küçəsi, 99) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), e-poçt ünvanı, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin "Lənkəran" filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov: əlaqə telefonu: (050) 305-51-67, elektron poçt ünvanı: ) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.Geri qayıt |