Əsas Səhifə > Hadisə / Dünya > Azot çəninin partlaması nəticəsində 14 nəfər yaralanıb

Azot çəninin partlaması nəticəsində 14 nəfər yaralanıb


27-12-2019, 22:04
 ABŞ-ın Uiçito şəhərində (Kanzas ştatı) bir zavodda azot çəninin partlaması nəticəsində 14 nəfər yaralanıb.
Şəffaflıq.az Trend-ə istinadən xəbər verir ki, bu barədə yanğın departamentinin rəisi Skott Frommi bildirib.
S.Fromm deyib: "Sıxılmış (maye) azot olan böyük çən partlayıb. Nəticədə 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan bəziləri (xəstəxanaya) çatdırılıb. Ölən yoxdur".
Onun sözlərinə görə, metal konstruksiyalardan hazırlanan ikimərtəbəli fabrik binası partlayış dalğasından qismən çöküb.
Məlumata əsasən, partlayış tək və cüt mühərrikli təyyarələr istehsal edən Textron Aviasiya şirkətinin bir hissəsi olan "Beechcraft" şirkətinin 3 nömrəli zavodunda baş verib.
Geri qayıt